...

Beynəlxalq vasitəçilərin Qarabağ münaqişəsinin həllinə marağı artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 17:39 (UTC +04:00)
Son vaxtlar beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı artıb.
Beynəlxalq vasitəçilərin Qarabağ münaqişəsinin həllinə marağı artıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Son vaxtlar beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı artıb.

Bunu Trend-ə siyasi ekspert, Qloballaşma və Sosal Hərəkatlar İnstitutunun Beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov deyib.

Onun sözlərinə görə, bununla belə, nəzərəçarpacaq sıçrayışdan danışmaq hələ tezdir.

Ekspert qeyd edib ki, hər hansı ciddi beynəlxalq saziş hazırlananda adətən buna uzun müddət tələb olunur: "Qarabağ üzrə hələ münaqişənin müxtəlif həll yolları müzakirə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti