...

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistanla bağlı etiraz bəyanatı yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2016 14:03 (UTC +04:00)
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistanla bağlı etiraz bəyanatı yayıb

Bakı. Trend:

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb.

Trend-in məlumatına görə, ATƏT-in iştirakçı dövlətlərinə ünvanlanmış bəyanatda qeyd edilib ki, təlimlər zamanı ağır artilleriya və texnikanın açdığı atəşlər və hərəkət nəticəsində yaranan toz dumanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən aydın müşahidə olunur.

Bəyanatda Ermənistanın bu təxribatçı addımı qətiyyətlə pislənilib: “Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur”.

Bununla əlaqədar olaraq daimi nümayəndəlik ATƏT-ə sədrlik edən Almaniyanı, Minsk qrupunun üzvlərini və həmsədr ölkələri Ermənistanın bu məsuliyyətsiz addımını birmənalı şəkildə pisləməyə və Ermənistanı son aylarda danışıqlar prosesində yaranmış dinamikaya xələl gətirəcək addımlardan çəkindirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti