...

Bakı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə iştirak etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2017 16:33 (UTC +04:00)
Rəsmi Bakı Mokvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşündə iştirak etməyə hazırdır.
Bakı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə iştirak etməyə hazırdır

Bakı. Trend:

Rəsmi Bakı Mokvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşündə iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib: "Bu ideya mən Moskvada olarkən səsləndirilmişdi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etmişdi. Mən hazır olduğumu bəyan etdim".

E.Məmmədyarovun sözlərinə görə, görüşün təxmini tarixi müzakirə olunmayıb: "Bu, qrafiklərin razılaşdırılmasını tələb edir. Konkret vaxtla bağlı təklif hələ bizə daxil olmayıb, lakin bizim prinsipial razılığımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti