...

TurkishNY: Üçüncü ölkələr işğal olunmuş ərazilərimizdə Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2017 13:30 (UTC +04:00)
Ermənistan tərəfindən Azərbaycan əraziləri Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı hələ də ciddi diqqət tələb edən məsələ olaraq qalır.
TurkishNY: Üçüncü ölkələr işğal olunmuş ərazilərimizdə Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməlidir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan tərəfindən Azərbaycan əraziləri Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı hələ də ciddi diqqət tələb edən məsələ olaraq qalır.

Trend-in məlumatına görə, bu, Avrasiya Tədqiqat Mərkəzinin rəhbəri, doktor Alev Kılıçın “TurkishNY” portalındakı məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəflərin səylərinin uğursuzluğa düçar olması status-kvonun saxlanılmasına xidmət edib.

A.Kılıç yazır ki, professor Alen Pelle tərəfindən hazırlanmış və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən dərc olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər növ fəaliyyət barəsində üçüncü şəxslərin öhdəlikləri üzrə hüquqi rəy” adlı məruzə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin ümumi hüquqi kontekstini əks etdirir.

Məqalədə vurğulanır ki, bütün dövlətlər Ermənistanın məsuliyyətinə diqqət çəkməli və ona qarşı sanksiyalar da daxil olmaqla müxtəlif tədbirlər görməlidir.

Müəllif qeyd edir ki, üçüncü ölkələr Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun saxlanılmasına yol açan bütün addımlardan boyun qaçırmalıdır: “Üçüncü ölkələr Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməli və regiondakı vəziyyəti təhlükə altına ala biləcək hər hansı bir addımdan boyun qaçırmalıdır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ məsələsində əsas beynəlxalq hüquq prinsiplərin qorunub saxlanmasına böyük diqqət ayırmalıdır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti