...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2017 12:53 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti