...

Plevneliyev: Azərbaycan bütün ərazilərinə özü nəzarət etməlidir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2018 17:24 (UTC +04:00)
Azərbaycan torpaqlarının yalnız 80 fazinə deyil, bütün ərazilərinə özü nəzarət etməlidir.
Plevneliyev: Azərbaycan bütün ərazilərinə özü nəzarət etməlidir (YENİLƏNİB)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan torpaqlarının yalnız 80 faizinə deyil, bütün ərazilərinə özü nəzarət etməlidir.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev bu gün Azərbaycan paytaxtında keçirilən VI Qlobal Bakı Forumu zamanı deyib.

R.Plevneliyev bildirib ki, Azərbaycan qanunsuz olaraq ərazisinin bir hissəsindən mərhum edilib və beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələr və ərazi bütövlüyü prinsipinə uyğun olaraq, öz ərazilərini qaytarmağa tam haqqı var.

Sabiq dövlət başçısı qeyd edib ki, bu növ cinayət və ədalətsizlik hazırda dünyanın müxtəlif hissələrində də baş verir: "Bu pozuntuların qarşısı dünyada vahid prinsip və normaların müəyyən edilməsi vasitəsilə alınmalıdır".

O əlavə edib ki, Bolqarıstan tolerantlığın, insanlar və dinlər arasında bərabər hüququn tərəfdarıdır: "Biz ölkələrin sülh və tolerantlıq siyasətinə gətirib çıxaran cəhdlərini dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti