...

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2018 16:12 (UTC +04:00)
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Bakı. Trend:

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, nazirlik rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti