...

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2018 10:00 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti