...

Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2018 21:46 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.
Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Səfir əlavə edib: "Əlbəttə həmsədrlər artıq neçə ildir ki, münaqişənin həllini axtarırlar... Onlar tərəfindən qətiyyət nümayiş olnmur".

Səfirin sözlərinə görə, beynəlxalq hüquq prinsipləri - sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyüdür: "Bundan çıxış edərək hərəkət etmək lazımdır. Gözləmək lazım deyil ki "Özünüz razılaşın, biz isə sizi dəstəkləyəcəyik". Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı".

Minsk qrupunun tərkibi ilə bağlı daha sorna diplomat qeyd edib ki, "yeni formatlar axtarmaq hər şeyi yenidən başlamaq deməkdir. Deməli hələ daha bir 25 il münaqişənin həlli üçün lazımdır".

Səfir əlavə edib ki, danışıqlar sonsuz ola bilməz: "Azərbaycan xalqı məsələnin həllini tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti