...

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər təntənəli şəkildə yola salındı - (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2019 13:06 (UTC +04:00)
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər təntənəli şəkildə yola salındı - (FOTO/VİDEO)

Bakı. Trend:

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti