...

Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir - Erməni icmasının üzvləri Tural Gəncəliyevə müraciət etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2020 14:37 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev erməni icmasına çağırış edib.
Dağlıq Qarabağda koronavirusa yoluxma halları gizlədilir - Erməni icmasının üzvləri Tural Gəncəliyevə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev erməni icmasının müraciətinə cavab verib.

Bu barədə Trend-ə açıqlamasında T. Gəncəliyev bildirib.

O Dağlıq Qarabağda koronavirus epidemiyasının yayılmasından narahat olduğunu deyib:

"Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edərək (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti