...

Türkiyəli ekspert: ATƏT Minsk qrupu ləğv edilib əvəzinə yeni diplomatik mexanizm qurulmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 14:53 (UTC +04:00)
Türkiyəli ekspert: ATƏT Minsk qrupu ləğv edilib əvəzinə yeni diplomatik mexanizm qurulmalıdır

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh prosesində Türkiyə mütləq olmalıdır” sözləri çox vacib açıqlamadır.

Bunu Trend-ə türkiyəli ekspert, professor Naciye Selin Şenocak deyib.

O bildirib ki, 30 il ərzində Qarabağ məsələsi həll olunmayıb, ATƏT Minsk qrupu artıq etimadını itirib:

“ATƏT Minsk qrupu, xüsusilə də Fransanın Azərbaycan torpaqlarını işğal edən, beynəlxalq hüquq normalarını pozan və regionda dinc sakinləri qətlə yetirməklə beynəlxalq insan hüquqlarını tapdalayan Ermənistanı həm siyasi, həm də hərbi baxımdan dəstəkləməsi, bu qrupun tərəfsiz olmadığını göstərir”.

Ekspert əlavə edib ki, BMT başda olmaqla, Avropa İttifaqı və ATƏT hərbi əməliyyatları dayandırmaq çağırışları əvəzinə, Ermənistanın dərhal Azərbaycan torpaqlarından çıxmasını tələb etməlidir:

“Qarabağ Azərbaycandır! Beynəlxalq hüquq çərçivəsində də Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq, bu məsələdə Ermənistana sanksiyalar tətbiq olunmaması və bu ərazilərdən çıxması ilə bağlı Yerevana təzyiq edilməməsi qəbuledilməzdir. Tərəfsiz olmayan və münaqişəni qızışdıran ATƏT Minsk qrupu ləğv edilib, əvəzinə yeni diplomatik mexanizm qurulmalıdır və bu diplomatik qrupda Türkiyə də yer almalıdır. Türkiyə və Azərbaycan iki ölkə, amma tək millətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti