...

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2020 20:41 (UTC +04:00)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN

Bakı. Trend:

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti