...

Aİ Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 17:16 (UTC +04:00)
Aİ Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır və bunun nəticələrini təhlil edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.

O bildirib ki, Aİ əvvəldən tərəfləri atəşi dayandırmağa çağırırdı:

"Biz bu addımı alqışlayırıq və hazırda müharibənin fəsadlarını və regiondakı cari vəziyyəti təhlil edirik. Bundan sonra biz bəyanatla çıxış edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti