...

Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2020 10:38 (UTC +04:00)
Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb

Bakı. Trend:

Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Dombas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.

Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər - 15 gün müddətinə yerləşdirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti