...

RUSİYA XARİCİ İŞLƏR NAZİRLİYİ: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZANDAKI SON GÖRÜŞÜ MÜSBƏT YÖNDƏ KEÇİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2005 15:13 (UTC +04:00)

(ARKA) Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçirilən son görüşü pozitiv yönda keçib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü Departamentinin direktorunun müavini Aleksandr Çepurin agentliyin suallarını cavablandırarkən bildirib. "Tərəflər yaxınlaşmaq üçün hansısa imkanı tapmağa çalışırdılar ", - deyə o bildirib.

A. Çepurin ATƏT-in Minsk Qrupunun fəaliyyətini də müsbət qiymətləndirib. "ATƏT-in Minsk Qrupunun yaradıcılığı kifayət qədər böyükdür. Son illər Qarabağ münaqişəsinin həllinin mümkünlüyü ilə bağlı çoxlu sayda təkliflər olub ",-deyə o, bəyan edib.

Rusiya XİN-nin nümayəndəsi qeyd edib ki, münaqişəni yalnız iki yolla həll etmək mümkündür - yüksək səviyyədə görüşlərin mütəmadi olaraq keçirilməsi və tərəflər arasında güzəştə böyük meyl.

A. Çepurinin sözlərinə görə, ətrafında danışıqların aparıldığı təkliflər paketi əsas iki məsələ ətrafında cəmləşib: Azərbaycanın nəzarət altında olan ərazilərindən qoşunların çıxarılması və Dağlıq Qarabağın statusu.

"Bu məsələ ilə bağlı bu və ya digər variantda daha onlarla məsələ bağlıdır ", -deyə o bəyan edib. "Bunun ətrafında vasitəçilərin təklifləri durur və bu ideya əsasında hər iki tərəfi qane edə biləcək variantın tapılmaysı məqsədilə prezidentlər arasında əsas danışıqlar gedir ", - deyə Rusiyanın XİN-nin nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti