...

Daniel Frid: ABŞ Ermənistan -Azərbaycan münaqişəsinin hərbi yolla nizamlanmasını tam istisna edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2005 15:02 (UTC +04:00)

ABŞ Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hərbi yüolla nizamlanmasını tam istisna edir. Trend in məlumatına görə, bu barədə oktyabrın 20-də Bakıda ABŞ dövlət katibinin Avropa və Avrvsiya məsələləri üzrə köməkçisi Daniel Frid bəyan edib.

Onun sözlərinə görə, hazırki mərhələdə tərəflərin razılığa gəlməsi üçün böyük imkanlar mövcuddur. "Uzunmüddətli və ədalətli sülhün əldə olunması üçün münaqişə edən dövlətlərin liderləri kompromis yollar işləyib hazırlamalıdırlar. Vaşinqton Azərbaycan və Ermənistanı bu addımı atmağa çağırır", - deyə diplomat bəyan edib.

D. Frid əlavə edib ki, bu məsələ ilə bağlı ABŞ Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq edir və münaqişənin həlli yollarını axtarır.

Xəbər lenti

Xəbər lenti