...

Ancey Kasprşik: Sonrakı monitorinq 2006-cı il yanvarın əvvəllərində keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2005 18:54 (UTC +04:00)

2005-ci ildə Ermənistan-Azərbaycan münaşişəsi zonasında atışmalaın sayı əhəmiyyətli dərəcədə artıb və bu təşviş və təəssüf hissi doğurur. Trend in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə Azərbaycan rəhbərliyi ilə danışıqlarda iştirak etdiyi Bakıda olarkən bildirib.

A.Kasprşikin sözlərinə gör, atəşkəsin pozulması ilə bağlı bəzi faktlar əsgərlərin "qorxması" amilindən irəli gəlir ki, bu səhlv üzündən də atəşkəs rejimi pozulub. "Xari ildə hər iki tərəfdən ölən və yaralananların sayı artıb. Bu, təəssüf hissi doğurur. Lakin fakt fakt olaraq qalır", -deyə Kasprşik bildirib və münaqişə zonasında bu vəziyyətlə bağlı məlumatlar yerlərdə bilavasitə səhra komandirləri tərəfindən daxil olur.

Enyi zamanda, o bildirib ki, bundan sonrakı monitorinq 2006-cı il yanvarın əvvəllərində keçiriləcək. "İndiki anda mən həmsədrlərlə regionlara səfərlər edirəm. Sonra mən Belçikaya qayıdacağam. Belə ki, 2006-cı ilin əvvəlində Belçika ATƏT-in fəaliyyətdə olan yeni sədri olacaq və mənə ATƏT nümayəndələri ilə bir sıra görüşlər keçirmək vacibdir", -deyə Kasprşik qeyd edib və "prinsip etibarilə fəaliyyət planına uyğun olaraq münaqişə zonasında monitorinqlər ayda iki dəfə keçirilməlidir".

Xəbər lenti

Xəbər lenti