...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2006 09:47 (UTC +04:00)

Martın 28-29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 28-də saat 20.35-dən 20.45-dək Tərtər rayonunun işğal olunmuş Göyax kəndində yerləşən düşmən mövqelərindən üzbəüz mövqelərimiz, saat 23.10-dan 23.40-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndi sahəsindəki düşmən mövqelərindən Cocuq Mərcanlı kəndi yaxınlığındakı mövqelərimiz atəşə tutulub.

Martın 29-da isə saat 04.00-dan 05.00-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi sahəsindəki düşmən mövqelərindən üzbəüz mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti