...

Azərbaycan və Ermənistan XİN başçıları "tərəflərin mövqelərinin yaxınlaşdırılması" istiqamətində danışıqları davam etdirməklə bağlı razılığa gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2006 11:19 (UTC +04:00)

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində danışıqları davam etdirməklə bağlı razılığa gəlib.

Mediamaks agentliyinin xəbər verdiyi kimi, bu barədə Ermənistan XİN başçısının mətbuat xidməti iyunun 13-də Parisdə hər iki ölkənin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə məlumat yayıb.

Paris görüşü zamanı "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir ayrılığının mövcud olduğu prinsiplər müzakirə olunub".

Görüşdə ATƏT-in Minsk Qrupunun rusiyalı və fransalı həmsədrləri, o cümlədən təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Xəbər lenti

Xəbər lenti