...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Türkiyəyə səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2006 16:33 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi bölgəsinə səfərinin tarixi hələ müəyyən olunmayıb. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik iyulun sonunda M.Brayzanın ehtimal edilən səfəri barədə məlumatı şərh edərkən bildirib.

M.Brayza ABŞ tərəfdən yeni vasitəçi qismində bölgəyə səfər etməyi planlaşdırır, lakin səfərin tarixi hələ elan olunmayıb. Bununla yanaşı C.Henik bildirib ki, M.Brayzanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsinə həsr olunmuş təntənəli tədbirlərdə iştirakı da gözlənilir. Tədbir iyulun 12-13-də İstanbul və Adanada olacaq.

Qeyd edək ki, diplomatik mənbələrin məlumatlarına əsasən, M.Brayza ATƏT-in Minsk qrupunun həmsədri qismində ilk səfəri zamanı Azərbaycan və Ermənistana baş çəkəcək və burada hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti