...

Eldar İbrahimov: ATƏT PA-nın Brüseldəki iclasında Azərbaycan nümaynədələrinin çıxışları müsbət qiymətləndirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2006 21:08 (UTC +04:00)

ATƏT PA-nın Brüsseldə keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Dağlıq Qarabağ mövzusunda çıxış edib. Trend agentliyi ATI telekanalına istinadən yaydığı xəbərə əsasən, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bəyan edib ki, ATƏT PA-nın iqtisadi komitəsinin iclasında Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilən yanğınlar, flora və fauna, eləcə də tarixi və mədəniyyət abidələrinin məhv edilməsi haqqında məlumat verilib.

Onun sözlərinə görə, iclas iştirakçılarının əksəriyyəti Azərbaycan nümaynədələrinin çıxışlarını müsbət qiymətləndirib.

İyulun 6-da ATƏT PA komitələrinin iclası başa çatıb. Sabah təşkilatın rəhbərlərinin seçkiləri keçiriləcək və Brüssel bəyannaməsi qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti