...

ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi yanğınlarla əlaqədar Ermənistana və Dağlıq Qarabağa yola düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2006 11:42 (UTC +04:00)

Avqustun 17-də səhər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik işgüzar səfərlə Ermənistana yola düşüb. Sədrin Bakı ofisindən Trend ə verilən məlumata görə, A.Kaspşik Dağlıq Qarabağa da səfər edəcək.

Qeyd edək ki, "Azadlıq" radiosuna müsahibəsində Anjey Kaspşik bəyan edib ki, son günlər yanğınların işğal olunmuş torpaqlardan kənara çıxmasını və Azərbaycanın Ermənistanla sərhədində müşahidə olunmasını nəzərə alaraq vəziyyət mürəkkəbləşib.

A.Kaspşik bu ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə monitorinqin təşkilini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti