Oktyabrın 6-da Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın məsləhətləşmələri başlayıb. Bu barədə Trend ə Rusiya XİN -in Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.
Məsləhətləşmələr Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir. Orada ATƏT Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ) da iştirak edir.
Məsləhətləşmələrə qədər Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistan nazirləri ilə ayrı - ayrılıqda danışıqlar aparıb.