...

İKT nümayəndəsi: İKT Ermənistan silahlı qüvvələrinin işğalçılığı və apardığı etnik təmizlənmə barədə yaxşı məlumatlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2006 16:34 (UTC +04:00)

İslam Konfransı Təşkilatının nümayəndəsi Atta Əl -Manan (Atta El-Manane) Dağlıq Qarabağdakı qondarma "referendum"u beynəlxalq hüququn norma və prinsiplərinə qarşı akt kimi qiymətləndirib. Bu barədə Trend xəbər verir.

O bildirib ki, qondarma "referendum" beynəlxalq hüququn müvafiq norma və prinsiplərini pozur və danışıqlar prosesinə mane olur. İKT nümayəndəsi qeyd edib ki, bu akt və bu nəticələrin hüquqi əsası yoxdur.

Atta Əl Manan vurğulayıb ki, İKT Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı apardığı etnik təmizləmə və Azərbaycanın digər işğal olunmuş əraziləri barədə yaxşı məlumatlandırılıb.

O bildirib ki, İKT Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tamamilə tanıyır. "İKT XİN başçılarının 33-cü sessiyasında qəbul olunmuş Bakı Bəyannaməsi daxil olmaqla, İKT-nin müvafiq sənədlərinə əsasən, biz bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını pisləyir və erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və danışıqsız çıxarılmasına təkid edirik".

O qeyd edib ki, Dağlıq Qarabağ əhalisinin müqəddaratını nəzərdə tutan istənilən konstitusiya sənədi bölgənin azərbaycanlı və erməni icmalarından ibarət əhalisinin tam, bərabər və birbaşa iştirakı ilə qanuni demokratik və sülh prosesi ilə qəbul oluna bilər.

Xəbər lenti

Xəbər lenti