...

İspaniya XİN başçısı MDB ölkələrində dondurulmuş münaqişələrlə bağlı məsələləri Moskvada müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2006 17:53 (UTC +04:00)

İspaniya ATƏT-dəki sədrliyi dövründə terrorla mübarizəyə xüsusi diqqət ayırmaq niyyətindədir. Trend Armenpressə istinadən xəbər verir ki, bu barədə İspaniyanın XİN başçısı Migel Anhel Moratinos bildirib.

"Biz Rusiya üçün də prioritet olan problem - terrorla mübarizəyə xüsusi diqqət ayıracağıq. Lakin bu, sizin ölkənizə mühüm rol verdiyimiz yeganə məsələ deyil", - deyə Moratinos bazar ertəsi çap olunmuş "Rusiya qəzeti"nə verdiyi müsahibəsində bildirib.

İspaniya 1 yanvar 2007-ci il tarixində ATƏT-in sədri olacaq.

Moratinos qeyd edib ki, İspaniyanın ATƏT-dəki sədrliyi onun Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlarında əsas mövzu olacaq. "Mən bu təşkilatın Rusiya kimi əhəmiyyətli üzvünün maraq və arzularını daha yaxşı bilmək, eləcə də Rusiyanın XİN başçısı Sergey Lavrova proqramımızın əsas prioritetlərini bildirmək istərdim", - deyə İspaniyanın XİN başçısı bildirib.

Onun sözlərinə görə, Sergey Lavrovla görüşdə MDB ərazisində - Moldova, Gürcüstan və Azərbaycanda "dondurulmuş münaqişələr" mövzusuna toxunulacaq. "Bu, ATƏT-i xüsusilə narahat edən problemlərdən biridir. Həm də Rusiyanın mövqeyi burada əsasdır", - deyə Moratinos vurğulayıb.

Bazar ertəsi İspaniyanın XİN başçısının Rusiyaya ikigünlük səfəri başlayır.

Xəbər lenti

Xəbər lenti