...

Ağdamda yanğın hadisəsi baş verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2006 16:55 (UTC +04:00)

Ağdam rayonunun Quzanlı kəndində məcburi köçkünlər üçün tikilmiş fin qəsəbəsində Ağdam rayon köçkünü Hüseynov Çimnaza məxsus ev yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğınsöndürənlər hadisə yerinə gəlsələr də, evdən heç nəyi salamat çıxarmaq mümkün olmayıb.

Ağdam Rayon Yanğınsöndürmə İdarəsindən Trend in bölgə müxbirinə verilən məlumata görə, ev taxta olduğundan tez yanıb və söndürmək mümkün olmayıb. Yanğına səbəb ilkin versiya kimi elektrik naqillərinin qısa qapanması olub.

Xəbər lenti

Xəbər lenti