...

BQXK erməni hərbçilərinə əsir düşmüş azərbaycanlı əsgər barədə onun valideynlərinə heç bir məlumat verməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2006 15:38 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi dekabrın 24-də erməni hərbçilərinə əsir düşmüş azərbaycanlı əsgər Samir Məmmədov barədə onun valideynlərinə heç bir məlumat verməyib. Bu barədə Trend in bölgə müxbirinə əsgərin atası Nazim Məmmədov məlumat verib.

Əsgər atasının sözlərinə görə, Samir dekabrın 8-də hərbi hissədən bir həftəlik məzuniyyətə buraxılıb. Dekabrın 14-də hərbi hissəyə qayıdarkən özünə məxsus bəzi sənədləri də özüylə götürüb. Ailə üzvlərinə həmin sənədləri çavuşluq təhsili almaq üçün götürdüyünü bildirib. Hərbi hissədən əsgərin ailə üzvlərinə bildiriblər ki, o, dekabrın 24-də günorta saatlarınadək hərbi hissədə olub.

Əsgər Samir Məmmədovun ailəsindən o da bildirilib ki, o, 1987-ci ildə Bərdə rayonunun Yeni Əyricə kəndində anadan olub, 6 oktyabr 2005-ci il tarixdə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurmasına 3 ay qalıbmış. Dekabrın 24-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.

Xəbər lenti

Xəbər lenti