...

2007-ci ilin fevralında 2 074 785 kvadrat metr Azərbaycan ərazisi minasızlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2007 12:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/2007-ci ilin fevralında 2 074 785 kvadrat metr Azərbaycan ərazisi minasızlaşdırılıb. Azərbaycanın Ərazilərin Minasızlaşdırılması üzrə Milli Agentliyindən (ANAMA) verilən məlumata əsasən, bu dövr ərzində 33 565 mina və partlamamış hərbi sursat (PHS) tapılıb və zərərsizlişdirilib. Təmizləmə əməliyyatlarına 22 mina axtaran it, 138 sapyor, 15 PHS operatoru, 8 təcili tibbi yardım həkimi və təxminən 100 köməkçi işçi cəlb olunub. ANAMA-nın fəaliyyəti dövründə Azərbaycanda 45 346 980 kvadrat metr ərazi təmizlənib. Aşkar olunmuş və zərərsizləşdirilmiş mina və PHS-in ümumi sayı 139 212 təşkil edib. 2001-ci ilin sentyabrında mina partlayışının 81 halında 51 insan həlak olub, 121 insan müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti