...

Prezident Aparatının şöbə müdiri: "Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları ölkədə keçirilən seçkilərində iştirak etməlidirlər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, Azərbaycanın bütün vətəndaşları, o cümədən Dağlıq Qarabağda yaşayanlar ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməlidirlər. Bu barədə çərşənbə günü Bakıda Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri ilə Bakıda keçirilən sonuncu danışıqlarda bu məsələ müzakirə edilməyib.

"Bu məsələnin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar daha yüksək səlahiyyətli şəxslər səviyyəsində prosesə müdaxilə etməlidirlər. Lakin onlar Azərbaycanın qaldırdığı bu məsələyə hələ də reaksiya verməyiblər və rəsmi Bakıya kömək etmək əzmlərini ortaya qoymayıblar", -deyə Əli Həsənov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti