...

Qafqaz müsəlmanlarının dini lideri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli yolları tükənməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2007 17:24 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli yolları tükənməyib

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli yolları tükənməyib. Bu barədə bü gün Tiflisdə Ümumgürcüstan Katalikos-Patriarxı II İlya ilə birgə mətbuat konfrasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Trend in xüsusi müxbirinin sualını cavablandırarkən bəyan edib.

"Biz dəfələrlə Gürcüstanın Katalikos-Patriarxının təşəbbüsü ilə Ermənistanın dini liderləri ilə görüşmüşük. Lakin onlar nəticə verməyib, heç nə dəyişməyib", deyə o qeyd edib.

Qafqaz müsəlmanlarının lideri məlumat verib ki, hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi öhdəliklərini yerinə yetirmir.

Paşazadə vurğulayıb ki, onun təşəbbüsü ilə iki erməni hərbçisi azad olunub, lakin onun Ermənistandan olan həmkarı tərəfindən cavab addımı gəlməyib. "Biz konkret razılıqların reallaşdırılmasını gözləyirik və razılıqlar reallaşmağa başlayan kimi, mən ermənilərin dini lideri ilə yenidən görüşməyə hazıram", - Paşazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti