Bu gün Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat xidmətinə istinadən PanARMENIAN məlumat yayıb.
Görüş çərçivəsində tərəflər Dağlıq Qarabağ münaqişəsinin gündəlikdə duran tənzimləmə prinsipləri, həmçinin iyunun 9-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın görüşü ilə bağlı məsələləri müzakirə ediblər.