...

Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü payız aylarında baş tuta bilər" (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2007 14:50 (UTC +04:00)
Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü payız aylarında baş tuta bilər" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü payız aylarında baş tuta bilər. Bununla bağlı çərşənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra, hazırda həmsədrlər fəaliyyətini davam etdirir. "Yəqin ki, bir müddətdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq" - deyə Məmmədov əlavə edib.

İyunun 9-da MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Robert Köçəryan Sankt-Peterburqda görüşüblər. Bu görüş prezidentlər arasında sayca 9-cu görüş idi.

Xəbər lenti

Xəbər lenti