...

Nazir müavini: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımını davam etdirəcək (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyak cümə axşamı Bakıda bəyan edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımını davam etdirəcək.

Azərbaycan XİN-də keçirilən danışıqların yekunları üzrə brifinqdə Kislyak qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyini eşitmək ona maraqlı olub.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov əlavə edib ki, münaqişə Azərbaycanın təhlükəsiliyi üçün bir nömrəli problemdir. Digər tərəfdən, münaqişə çoxaspektlidir və ümumilikdə regiondakı vəziyyətlə ayrılmaz şəkildə bağlıdır. "Buna görə də regional təhlükəsizliyi müzakirə edərkən biz həmçinin münaqişə zonasındakı vəziyyəti də müzakirə etdik", - deyə Əzimov qeyd edib.

Cənubi Qafqazın iki ölkəsi - Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti