...

2007-ci ilin iyul ayı ərzində Azərbaycanın 1,5 mln. m2 ərazisi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Ağayeva/ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentlikdən (ANAMA) bazar ertəsi verilən məlumata görə, 2007-ci ilin iyul ayı ərzində 1 364 520 m2 ərazi minalardan təmizlənib.

Bu dövr ərzində 5441 mina və partlamayan döyüş sursatı aşkar olunaraq zərərsizdləşdirilib. Təmizləmə zonalarında 30 minaaxtaran it və 339 işçi çalışıb.

Fəaliyyət dövrü ərzində ANAMA tərəfindən 53 818 309 m2 ərazi təmizlənib. Aşkar olunan və zərəsizləşdirilən minaların və partlamayan döyüş sursatlarının ümumi sayı 247 827 təşkil edib. 2001-ci ilin sentyabr ayında 89 mina partlaması hadisəsi nəticəsində 55 nəfər ölüb. 124 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti