...

MSK sədri: "Seçki Məcəlləsinə ciddi dəyişiklik edilməyəcək"

Siyasət Materials 12 Sentyabr 2007 14:10 (UTC +04:00)
MSK sədri: "Seçki Məcəlləsinə ciddi dəyişiklik edilməyəcək"

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsinə ciddi dəyişiklik edilməyəcək. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

"Onsuz da Seçki Məcəlləsinə elə bir ciddi dəyişiklik ediləsi deyil. Çünki Seçki Məcəlləsi mükəmməl hazırlanmış bir sənəddir"-deyə MSK sədri bildirib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə, Azərbaycan hökümətinin ilə Avropa Şurasının Venesiya komissiyası arasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair danışıqlar aparılır.

Ötən həftə Strasburqda Azərbaycan nümayəndə heyəti və Avropa Şurasının Venesiya Komissiyasının təmsilçiləri arsında məsləhətləşmələr keçirilib. Görüş zamanı Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi layihəsi ilə bağlı fikir ayrılığının olması müəyyən olunub. Bu barədə Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov Trend ə açıqlama verib.

Azərbaycan Mərkəzi seçki Komissiyasının sədri çərşənbə günü jurnalistlərlə söhbətində Venesiya Komissiyası ilə müzükirələrdə narazılığın olması xəbərini təkzib edib.

Azərbaycan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bazar ertəsi Trend ə bildirib ki, Seçki Məcəlləsinə səsvermə prosesi üzrə şikayətlərə baxılma müddətinin ixtisar edilməsi ilə bağlı dəyişiklik ediləcək.

Mirzəyev hesab edir ki, şikayət müddəti seçki prosesinə müvafiq deyil və bütün şikayətlərə seçki nəticələri rəsmən elan olunanadək baxılmalıdır.

Şikayətlərə baxan orqanla bağlı məsələyə toxunan Mirzəyev bildirib ki, Azərbaycan hökuməti şikayətlərə hüquqşünasların cəlb ediləcəyi xüsusi komissiya tərəfindən baxılmalı olduğunu hesab edir. Onlar dairə seçki komisiyaları tərkibində müstəqil fəaliyyət göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti