...

Politoloq: "Yuşenkonun dioksinlə zəhərlənməsində Ukrayna qüvvələri əlaqəlidir"

Siyasət Materials 14 Sentyabr 2007 20:10 (UTC +04:00)
Politoloq:  "Yuşenkonun dioksinlə zəhərlənməsində Ukrayna qüvvələri əlaqəlidir"

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova/ Ukraynanın fəaliyyətdə olan prezidenti Viktor Yuşenkonun zəhərlənməsində Ukrayna qüvvələrinin əli var. "Prezidentliyə namizəd Yuşenkonun zəhərlənməsi ilə bağlı məsələdə Ukrayna köklərini axtarmalıdır" - deyə "Sofiya" sosial araşdırmalar Mərkəzinin direktoru Andrey Yermoleyev bildirib.

Yuşenko səhhətinin kəskin pisləşməsini 2004-cü ilin sentyabrında prezident kampaniyası zamanı hiss etmişdi. O, Avstriya klinikasında yerləşdirilmişdi.

Yuşenko dəfələrlə bildirib ki, Rusiya onun zəhərlənməsi məsələsilə bağlı təhqiqatı əngəlləməyə çalışır. Onun sözlərinə görə, onun zəhərlənməsinə səbəb olan dioksin dünyanın üç labaratoriyasında istehsal olunur, o cümlədən, Rusiyada. Bununla yanaşı, iki labaratoriya öz nümunələrini ekspertizaya təqdim edib, Rusiya laboratoriyası isə, yox.

Cümə günü Yermolayev Kiyevdən telefonla bildirib ki, hazırki vəziyyətdə Rusiyanı itiham etmək olmaz.

"Şübhəsiz , Yuşenkonun zəhərlənməsində istifadə olunan zəhərli vasitələr Rusiya ərazisində fəaliyyət göstərən laboratoriyalarda hazırlanıb, lakin mümkündür ki, zəhərlənmə, öz məqsədəlrindən ötrü, Ukrayna qüvvələri tərəfindən həyata keçirilsin" - deyə Yermolayev bildirib.

"Ukrayna Baş Prokurorluğu Rusiyanın hyquq-mühafizə orqanları tərəfindən prezident Yuşenkonun zəhərlənməsi işi üzrə aparılan araşdırmalar çərçivəsində, Rusiyada istehsal olunan dioksin maddələrinin tədqiqatının aparılması razılığını alıb" - deyə Ukrayna Nəzarət idarəsinin məlumatında bildirilir.

Yermolayevin sözlərinə görə, vəziyyət çox mürəkkəbdir, çünki əvvəllər insanlara qarşı belə cür zəhər istifadə olunmayıb.

"Əvvəllər dioksinlə zəhərlənmə olmayıb. Buna görə də, ekspertlər bu işlə əlaqədar nəyisə müqayisə etmək və təqdiq etməyin mümkün olmadığıını etiraf edirlər" - deyə Yermolayev məlumat verib.

"Heç bir halda bu vəziyyəti siyasiləşdirmək olmaz, bu Rusiya və Ukrayna arasında münasibətləri və siyasətçilərin etibarını korlaya bilər" - deyə ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti