...

İtaliya Azərbaycanı Avropa standartlarına uyğun görmək istəyir

Siyasət Materials 20 Sentyabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Enerji imkanlarına görə, Azərbaycan Xəzər reqionunda strateji rol oynayır. Bu barədə Bakıda səfərdə olan İtaliya parlamenti Deputatlar Palatasının xarici işlər daimi komissiyasının sədri Umberto Ranieri açıqlama verib.

Onun sözlərinə görə, İtaliya parlamentarilərinin Azərbaycana səfərinin məqsədi, təcrübə mübadiləsi apararaq, gələcək əmədaşlığımızı davam etdirməkdir.

İtaliyalı parlamentarii əlavə edib ki, İtaliya Azərbaycanı Avropa standartlarına uyğun görmək istəyir.

İtaliya parlamentinin nümayəndə heyəti çərşənbə günü Azərbaycana səfərə gəlib.

Deputatlar Milli Məclisdə və xarici işlər nazirliyində görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti