...

Amerikaının Azərbaycan mahnısını öz adına yazmış səsyazma şirkətinə qarşı iddia qaldırıla bilər

Siyasət Materials 21 Sentyabr 2007 12:53 (UTC +04:00)
Amerikaının Azərbaycan mahnısını öz adına yazmış səsyazma şirkətinə qarşı iddia qaldırıla bilər

Azərbaycan, Bakı / Trend , A.Qasımova/ Amerikaının EYE RECORDS səsyazma şirkətinə qarşı məşhur Azərbaycan bəstəkarının müəllif hüquqlarının pozulması ilə əlaqədar iddia qaldırıla bilər.

Sentyabrın 15-də "ORT" telekanalının "Buz dövrü" proqramında fiqurlu konki sürənlər Saşa Savelyeva və Aleksandr Saxnovskinin rəqsini müşayət edən musiqi kimi "arməni rəqsi" adı altında Tofiq Quliyevin "Sənə də qalmaz" əsəri səsləndirilib.

Trend Azərbaycanın Rusiyadakı səfirliyinin cümə günü yaydığı məlumata əsasən bildirir ki, bu fakt Azərbaycan Respublikasının rəsmi orqanları və Tofiq Quliyevin varisləri tərəfindən müəllif hüquqlarını pozan Amerikanın EYE RECORDS şirkətinə və diskin prodüserləri Arı Qevorkyan və Sarkis Berberyana qarşı iddia qaldırmağa hüquqi əsas verir.

Məlumatda bildirilir ki, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu televiziya layihəsinin baş məşqçisi, əməkdar idman xadimi, fiqurlu konki üzrə dünya və Avropa çempionu Aleksandr Julin ilə əlaqə saxlayaraq baş verən insidentlə bağlı çaşqın olduğunu bildirib. "Julin bunu tam təsadüf adlandırıb və baş verən insidentlə bağlı təəssüf hissi keçirdiyini qeyd edib. Julin bildirib ki, rəqsin qurulması üçün istifadə olunan melodiya ona şagirdləri tərəfindən təqdim olunub və 1999-cu ildə Amerikada işıq üzü görən "ANİ" diskindən götürülüb" - deyə məlumatda bildirilir.

"ANİ" diskinin üz qabığında erməni bəstəkarı, dirijor və ifaçısı Arı Qevorkyanın adı göstərilib. Disk 10 melodiyadan ibarətdir ki, onlardan beşincisi "ARSAX" adlandırılıb ki, rəqs də məhz bu musiqinin üzərində qurulub. Diskin üz qabığında göstərilir ki, disk 1999-cu ildə ABŞ-da EYE RECORDS şirkəti tərəfindən buraxılıb.

Xəbər lenti

Xəbər lenti