...

Azərbaycan prezidenti İlham Əliyev türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 28 Sentyabr 2007 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini,. dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının qədim tarixi və mədəni köklərə malik olduğunu qeyd edib və mədəniyyət sahəsində əlaqələrimizin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Turizm sahəsində Türkiyənin böyük təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da zəngin turizm potensialının olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün salamlarını dövlətimizin başçısına çatdırıb. O, mədəniyyət və turizm naziri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu deyərək, Türkiyənin Azərbaycanla bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı qonaqdan xahiş edib.

Xəbər lenti

Xəbər lenti