...

Azərbaycan prezidenti Xəzəryanı dövlətlərin sammitində iştirak üçün İrana səfər edib

Siyasət Materials 26 Sentyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Azərbaycan prezidenti İlham Əliyev Xəzəryanı dövlətlərin sammitində iştirak üçün İrana səfər edib. Dövlət başçısı və onun nümayəndə heyətini İranın energetika naziri Pərviz Fətah qarşılayıb.

Bu gün İranda beş Xəzəryanı dövlətin - İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın sammiti başlayır.

Sammitin əsas mövzusu Xəzər dənizinin statusu məsələsinin müzakirəsi olacaq.

Xəzərin təbii sərvətlərinə 500-dən yuxarı bitki növü və 854 növ balıq (O cümlədən dünyanın nərə balığı ehtiyatının 90 faizi) daxildir. Neft ehtiyyatları isə dünyaya nisbətdə azdır (2 faiz). Lakin regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSSR-nin dağılmasından sonra, sahil dövlətlərin sayı ikidən beşə qalxıb və bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzərin hüquqi statusuna dair yeni müqavilənin qəbuluna ehtiyac yaranıb.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprelində Aşkabadda baş tutub. Burada ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsinə dair qərar qəbul olunub. Lakin o vaxtdan sammit hər il təxirə salınır.

Xəbər lenti

Xəbər lenti