...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 17 Oktyabr 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 17-də Bakı Fond Birjasında Milli Bankın 50104216S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 000 000 manat, hərraca çıxarılan həcm 50 mln. manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 35 612 000 manat olub.

Sifarişlər 99.50% (gəlirlik 6.46%) - 99.53% (gəlirlik 6.07%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.50% (gəlirlik 6.46%) orta ölçülmüş qiymət - 99.52% (gəlirlik 6.20%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 2 565 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 35 612 000 manat məbləğində müəyyənləşdirilib. Notların ödəmə tarixi 14 Noyabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti