...

Pərdə, plyonkalı avtomobillərin aşkarlanması, avtoxuliqanlara qarşı mübarizənin gücləndirilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində xüsusi qruplar yaradılıb

Siyasət Materials 24 Oktyabr 2007 17:50 (UTC +04:00)
Pərdə, plyonkalı avtomobillərin aşkarlanması, avtoxuliqanlara qarşı mübarizənin gücləndirilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində  xüsusi qruplar yaradılıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakıda pərdə, plyonkalı avtomobillərin aşkarlanması, avtoxuliqanlara qarşı mübarizənin gücləndirilməsi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində (BDYPİ) xüsusi qruplar yaradılıb. Bu barədə BDYPİ-də çərşənbə günü keçirilən əməliyyat müşavirəsində qərar çıxarılıb. İdarənin yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend ə bildirib ki, idarənin rəisi Həsən Şirinovun sədrliyi ilə keçirilən müşavirədə avtoxuliqanlara və digər kobud yol hərəkəti qaydalarına qarşı mübarizənin gücləndirilməsi üçün mütəmadi əməliyyatların keçirilməsinə dair tapşırıq verilib. Reydlər zamanı yol polisinin işinə müdaxilə edənlər, onlara hədə-qorxu gələnlər barəsində protokol tərtib ediləcək və aidiyyatı qurumlara göndəriləcək. Yol polisinə tabe olmayanlar isə, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi əsasında (polisin qanuni tələbinin yerinə yetirilməməsi) protokol tərtib olunacaq və həbs qətimkan tədbirlərinin seçilməsi üçün məhkəmələrə göndəriləcək.

Əsədov bildirib ki, oktyabrın 1-dən bu günədək keçirilən reydlər zamanı Bakıda yol hərəkəti qaydalarının pozuntularına görə 31 min 459 sürücü inzibati qaydada cəzalandırılıb. Cəzalandırılan sürücülərin 6534-ü avtomobili pərdə və plyonkalı idarə etdiyi, 390-nı avtomobili sərxoş, 579-u sürücülük vəsiqəsiz idarə etdiyi üçün saxlanılıb. Hesabat dövründə 66 avtoxuliqan saxlanılıb. 1938 fakt üzrə sürücü təhlükəsiz kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 950 sürücü sürət həddini aşma, 602-si qəza şəraiti yaratdığı üçün məsuliyyətə cəlb edilib.

Təkcə oktyabrın 23-də avtomobillərin pərdə və plyonka ilə idarə edilməsi ilə bağlı 1774 fakt aşkarlanıb. Pozuntuya yaol vermiş sürücülər inzibati qaydada cəzalandırılıb, avtomobillərin pərdə və plyonkaları sökülüb.

Xəbər lenti

Xəbər lenti