...

Pakistan prezidenti Azərbaycanlı həmkarını təbrik məktubu göndərib

Siyasət Materials 24 Oktyabr 2007 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Pakistan İslam Respublikasının Prezidenti General Pərviz Müşərrəf Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevə məktub göndərərək,prezidenti və onun simasında Azərbaycan xalqını 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə təbrik edib. Azərbaycanın son illərdə yüksək iqtisadi inkişafa və xalqının rifahı naminə tərəqqiyə nail olduğunu qeyd edən Müşərrəf, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və daim inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti