...

Türkiyədə QİƏT ölkələrinin xarici işlər nazirləri Şurasının iclası öz işinə başlayıb

Siyasət Materials 25 Oktyabr 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirləri Şurasının 17-ci iclasında iştirak etmək üçün Ankaraya yola düşüb. Bu barədə cümə axşamı Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Ankarada keçiriləcək iclası giriş sözü ilə Türkiyə prezidenti Abdullah Gül açacaq. Onun çıxışından sonra iclas Türkiyənin XİN başçısı Əli Babacanın sədliyi altında davam edəcək.

Tədbirdə Türkiyə, Yunanıstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Azərbaycan, Ermənistan, Serbiya, Gürcüstan, Albaniya və Moldovanın XİN təmsilçiləri ilə bərabər 14 müşahidəçi də iştirak edəcək. Tədbirin yekununda Ankara Bəyannaməsi imzalanacaq və QİƏT-də sədrlik Türkiyədən Ukraynaya keçəcək.

Xəbər lenti

Xəbər lenti