...

Səfir: AİPAC nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 25 Oktyabr 2007 13:17 (UTC +04:00)
Səfir: AİPAC nümayəndə heyəti Bakıya səfər edəcək

Azərbaycan, Bakı / Trend muxbir K.Ramazanova/ Amerikanın İsrail İctimaiyyəti ilə Əlaqələr Komitəsinin (AIPAC) nümayəndə heyəti noyabr ayında Türkiyə və Azərbaycana səfər edəcək. Bu barədə İsrailin Azərbaycandakı səfiri Artur Len məlumat verib.

Səfirin sözlərinə görə, səfərin məqsədi Türkiyə, Azərbaycan, ABŞ və İsrail arasında əməkdaşlığın genişləndirirlməsidir. Regiona səfərdən sonra bu məsələ ABŞ Konqresində qaldırırılacaq.

Amerikanın İsrail İctimaiyyəti ilə Əlaqələr Komitəsi (AIPAC) ABŞ Konqresi və Ağ Evə ABŞ və İsrail arasında sıx əlaqələrin yaradılması tələbi irəli sürür.

Xəbər lenti

Xəbər lenti