...

Kamboca gəmisinin azərbaycanlı kapitanı Gürcüstan həbsxanasında iki ay cəza çəkəcək

Siyasət Materials 25 Oktyabr 2007 13:35 (UTC +04:00)
Kamboca gəmisinin azərbaycanlı kapitanı Gürcüstan həbsxanasında iki ay cəza çəkəcək

Gürcüstan, Tiflis / Trend , müxbir N. Kirtsxaliya/ Poti məhkəməsi Kamboca bayrağı altında üzən quru yük daşıyıcı "Jezabel 2" gəmisinin azərbaycanlı kapitanı Məmməd Hüseynov və onun rusiyalı köməkçisi Vladimir Trostnyakov barədə iki aylıq həbs qəti imkan tədbiri seçib.

Gürcüstanın sərhəd polis sahil mühafizəsinin nümayəndəsi Badri Poçxuanın Trend ə verdiyi məlumata görə, məhkəmə istintaq orqanlarının xahişini təmin edib. "Bu iki nəfər gəminin cavabdeh şəxsləridir. Gəmi Gürcüstanın ərazi sularında - Abxaziya ərazisində olarkən Hüseynov kapitan kimi fəaliyyət göstərib. Lakin gəmi Türkiyə ərazisinə yola düşdükdən sonra kapitanlıq avtomatik olaraq Trostnyakova keçib" - deyə o bildirib.

"Jezabel 2" gəmisini Gürcüstan sərhədçiləri oktyabrın 21-də Qara dənizdə saxlayıblar. Gəmi Gürcüstanın məkan sularını pozması və Abxaziyanın Oçamçira limanına icazəsiz daxil olması səbəbindən saxlanılıb.

"Jezabel 2" gəmisi qaçaqmalçılıq yolu ilə gətirilən kömürlə yüklənmiş olub. Bundan sonra gəmi Rusiyanın Soçi limanına istiqamətlənib. Gürcüstan sərhədçilərinə bu barədə məlumat Rusiya tərəfindən ötürülüb. Lakin Kamboca gəmisi Soçi limanına çatmamış səmtini dəyişib və Türkiyəyə istiqamətlənib.

Poçxua qeyd edib ki, kapitan və onun köməkçisinə qarşı irəli sürülən ittiham daha ağır ola bilər. "Son olaraq ittiham Gürcüstan Gömrük Xidməti tərəfindən irəli sürüləcək" - deyə o bildirib.

"Məhkəmə ekipajın digər üzvləri - altı Azərbaycan və beş Ukrayna vətəndaşı barəsində beş min lari (3 min dollar) girov əsasında buraxılmalarına dair qərar qəbul edib. Girov ödənilənə qədər onlar gəmidə qalacaqlar" - deyə Poçxua söyləyib.

Gəminin kapitanı və onun köməkçisini üç ildən beş ilə, ekipaj üzvlərini isə iki ildən dörd ilə qədər həbs cəzası gözləyir. Həmçinin Gürcüstan qanunvericiliyinə müvafiq olaraq, gəmidə olan kömür müsadirə olunacaq və gəmi sahibinə 50 min lari həcmində cərimə təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti