Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərində yayımı qadağan olunan dini kitablar və disklər aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 28-də 3-cü Kərpic küçəsi ev 5-də yaşayan Natiq Əliyevin evindən dini kitablar və disklər götürülb. Onun evində axtarış zamanı bir qumbara, 3 düyməli bıçaq və 0,571 qram heroin də aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.