...

Azərbaycanın hərbi hissələrində radikal vəhabilər yoxdur

Siyasət Materials 31 Oktyabr 2007 11:56 (UTC +04:00)
Azərbaycanın hərbi hissələrində radikal vəhabilər yoxdur

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Ordusunun hərbi hissələrində radikal vəhabiliyin yayılmasının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib, çümə axşamı Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, hərbi hissələrdə radikal dini cərəyanlara xidmət edən əsgər və zabitlərin olub-olmamısını araşdırmaq üçün yoxlamaların aparılmasına dair mətbuatda gedən informasiyalar yanlışdır.

"Mənə istinadən hərbi hissələrdə yoxlamaların aparılmasına dair məlumat yanlış verilib" Sabiroğlu deyib.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat, 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri, silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Sabiroğlu bildirib ki, orduda xeyli sayda vəhabilərin olduğu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, hərbi hissələrdə əsgər və zabitlər hərbi Nizamnaməyə uyğun xidmət edirlər.

Əsədov barəsində cinayət işi açılıb və axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti