...

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ISESCO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 31 Oktyabr 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Otman Altvaijri qəbul edib- xəbəri XİN-nin mətbuat xidməti yayıb.Tərəflər qeyd ediblər ki, İSESCO təşkilatının YUNESKO-ya üzv olması və təşkilatda nümayəndəliyinin açılması mühüm addımdır və təşkilatın aktiv fəaliyyəti, nüfuzunun artması yalnız məmnunluq doğurur. Görüş zamanı İKT-yə üzv ölkələrin birinci xanımlarının konfransının keçirilməsi və İKT-nin qadın təşkilatının yaradılması ideyası, islamın həqiqi dəyərlərinin dünyada yayılmasına və məlumatsızlığın aradan qaldırılmasına yönəlmiş tədbirlər, islam dünyasında elm və təhsilin inkişafı üçün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti tərəfindən irəli sürülmüş Elm Fondunun yaradılması təklifi yüksək qiymətləndirilib.Təşkilatın təmsilçisi Azərbaycanın İSESCO-ya verdiyi töhfəni yüksək dəyərləndirib. Qonaq, həmçinin, 2009-cu ildə İKT mədəniyyət nazirlərinin görüşünün Bakıda təşkil olunması qərarının qəbul olunduğunu diqqətə çatdırıb və gələn il Rabatda Azərbaycan Mədəniyyət həftəsinin keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti